Canluici Buffon İtaliya millisinin nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedə bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb yığmanın AÇ-2024-də uğursuz çıxış etməsi olub.
Sabiq qolkiper İtaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüşəcək və bu qərar müzakirə ediləcək. Buffon bundan sonra komandanı tərk edə bilər.
İtaliya yığması Avropa Çempionatında 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.