Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella mətbuat konfransında Arda Gülərin son durumu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ötən gün yorğunluq səbəbindən məşqdə iştirak etməmişdi. Montella Ardanın Portuqaliya yığmasına qarşı oyunda iştirak edib-etməyəcəyi barədə bu sözləri deyib:
"Əslində heyətdə bəzi dəyişikliklər ola bilər də, olmaya da. Arda Gülərin durumuna yaxşı bir formada baxmalıyıq. Yüngülcə yorğunluğu var. Risk etməyə dəyərmi, ya yox, buna sabah qərar verəcəyik".
Qeyd edək ki, Portuqaliya - Türkiyə matçı 22 iyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.