AÇ-2024-də mübarizə aparan milli komandalarda biri qrip şoku ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Fransa milli komandasında Kilian Mbappe bu xəstəliyə tutularaq, məşqi buraxıb. Bundan əlavə Kinqsli Koman da idmana çıxmayıb. Məşqçi heyətindən Didye Deşam və bir çox futbolçunun da qrip olduğu bildirilir.
Məsələ ilə əlaqədar açıqlama verən Usman Dembele qripə yoluxan ilk futbolçu olduğunu deyib və artıq sağaldığını bildirib:
"Artıq yaxşı hiss edirəm, bir neçə günə komanda yoldaşlarım da sağalacaq".
Qeyd edək ki, Fransa AÇ-2024-də ilk oyununu 17 iyun Bakı vaxtı ilə saat 23:00-da Avstriyaya qarşı keçirəcək.