Bu yay baş tutacaq Avropa çempionatı Azərbaycanda İTV telekanalında canlı yayımlanacağı bəllidir.

Offsideplus.az-ın məlumatına görə, qrup mərhələsinin oyunları Bakı vaxtı ilə saat 17:00, 20:00 və 23:00-da başlayacaq (III turdan başqa).

Bu və digər mərhələnin oyunlarını "İctimai TV" ilə yanaşı telekanalın "Youtube" səhifəsində də izləmək mümkün olacaq.

Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyul tarixləri arasında keçiriləcək.