21 yaşadək futbolçuların Avropa çempionatı davam edir.

 Offsideplus.az xəbər verir ki, ötən gün 1/4 final mərhələsinin son iki görüşü baş tutub. Günün ilk matçında İngiltərə və Portuqaliya komandaları qarşılaşıb. Oyun birincilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Bu mərhələnin son matçında isə Fransa və Ukrayna yığmaları üz-üzə gəlib. 3:1 hesabıyla qalib gələn Aleksey Kaşukun (red: ötən mövsüm "Sabah"da icarə əsasında çıxış edib) komanda yoldaşları ən güclü 4 komanda arasına adını yazdırmağı bacarıb. 

Beləliklə, yarımfinal mərhələsində İngiltərə İsraillə, Ukrayna isə İspaniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstan və Rumıniyada keçirilən Avropa çempionatına iyulun 8-də yekun vurulacaq.

2 iyul 

20:00 İngiltərə - Portuqaliya - 1:0 

Qol: Entoni Qordon, 34

23:00  Fransa - Ukrayna - 1:3

Qollar: M.Çerki, 19 - G.Sudakov, 32, 44, A.Bondarenko, 86