AVRO-2024-ün seçmə mərhələsi üzrə iyunun 17-də Azərbaycan millisi Estoniya yığması ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Estoniya millisinin Azərbaycan və Belçika yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Tomas Heberli 25 oyunçuya dəvət göndərib.
Qapıçılar: Karl Yakob Heyn ("Arsenal", İngiltərə), Matvey İqonen ("Podbeskidze", Polşa), Karl Andre Vallner ("Levadiya")
Müdafiəçilər: Tayo Teniste ("Tammeka"), Karol Mets (“Sent Pauli”, Almaniya), Yoonas Tamm (“Styaua”, Rumıniya), Nikita Baranov ("Pünik", Ermənistan), Myarten Kuusk, Mixael Lilander, Marco Lukka (hamısı "Flora"), Rasmus Petson, Edgar Tur (hər ikisi "Levadiya")
Yarımmüdafiəçilər və hücumçular: Konstantin Vasilyev, Henrik Oyamaa, Sten Reinkort (hamısı "Flora"), Henri Anier (klubsuz), Rauno Sappinen ("Stal", Polşa), Mattias Kyayt ("Rapid", Avstriya), Erik Sorqa ("Lokomotiv", Bolqarıstan), Martin Miller ("Flora"), Vlasiy Sinyavski ("Slavaçko", Çexiya), Markus Poom “Şemrok Rovers” (İrlandiya), Georgi Tunjov (SPAL, İtaliya), Rokko Robert Şeyn ("Utrext"), Martin Vetkal ("Roma", İtaliya).