İsveç yığmasının futbolçusu Yesper Karlsson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb.
Offsideplus.az xəbər verir ki, görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu bu sözləri deyib:
“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu. Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.