AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi bu gün Bakı vaxtı ilə saat 23:45-də Avstriya yığmasının qonağı olacaq.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandaların ilkin heyətləri məlum olub. Millimizin baş məşqçisi Canni De Byazi 3 futbolçunun xidmətindən istifadə etməyəcək.
Belə ki, italiyalı mütəxəssis müdafiəçi Azər Salahlı ("Neftçi"), yarımmüdafiəçi Ceyhun Nuriyev ("Sabah") və hücumçu Rüstəm Əhmədzadənin ("Zirə") adını iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, daha əvvəl "Konyaspor"un formasını geyinən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.