İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu bu sözləri deyib:

"Milli komandada və ya klubumda xeyriyyəyə görə deyiləm. Performansımla komandamın nəticə qazanmağına yardım etmək üçün burdayam. Bu yaşda futbolçu gələcək barədə düşünmür, baxmayaraq ki, mən keçmiş, indiki və gələcəyəm. Bilirəm ki, burda niyə olduğumu başa düşmürsünüz, çoxları fikirləşə bilər ki, bu qərarıma görə axmağam. Lakin sona qədər gözləyin, elədiklərimi anlayacaqsız".

Qeyd edək ki, İsveç martın 24-də Belçikanı, üç gün sonra Azərbaycan millisini qəbul edəcək.