Xorvatiya Futbol Federasiyası millinin baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək Xorvatiya millisini çalışdıracaq. 

Onun əvvəlki müqaviləsi 2024-cü ildə başa çatmalı idi.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanı çalışdırır.