Estoniya millisinin baş məşqçisi Tomas Heberli  AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Azərbaycan millisi ilə eyni səviyyədə olduqlarını dilə gətirib:

"Ən əsası odur ki, dördüncü qrupdan Yunanıstan və Türkiyədən qaçdıq. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir. Düşünürəm ki, Azərbaycan bizimlə eyni səviyyədə olan komandadır".

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi üzrə  F qrupunda Belçika, Avstriya, İsveç, Azərbaycan və Estoniya milliləri yer alıb.