İtaliya milli komandasının heyətində Avro-2020-nin çempionu olan Canluici Donnarumma açıqlama verib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İngiltərə ilə oyunda penaltilər seriyasında iki qurtarışla yadda qalan qapıçı son qurtarışda niyə sevinmədiyini açıqlayıb:
"Jorjinyonun penaltini qaçırmasından sonra hər şeyin bitdiyini düşündüm, amma qalxıb davam etməyim lazım idi. Penaltilər seriyasının sonuncusunda topu çıxarandan sonra hər şeyin qaydalar çərçivəsində olub-olmadığını bilmək üçün hakimə baxdım. O an komanda yoldaşlarımın mənə tərəf qaçdıqlarını gördüm. O anı qeyd etmədim, çünki baş verənləri dərk edə bilmirdim. Çempion olduğumuzu anlamırdım"