UEFA Avropa çempionatında qalib gəldiyi üçün İtaliya Futbol Federasiyasına 28 milyon avro ödəniş edəcək.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, federasiya bu məbləğdən hər bir futbolçuya 250 min avro pul ayıracaq.
Bəzi xəbərlərə görə isə, İtaliya millisi AVRO-2020-dən ümumilikdə 99 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, final qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşmış, penaltilər seriyasında isə İtaliya İngiltərə üzərində 3:2 hesablı qələbə qazanmışdı.