AVRO-2020-də final qarşılaşmasından sonra italiyalı futbolçu Leonardo Bonuççi mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi əlində "Coca Cola" və "Heineken" şüşələri ilə mətbuat konfransı baş tutan zalan zala daxil olub. İtaliyalı ulduz daha sonra sıra ilə hər iki içkidən içib.
Qeyd edək ki, daha öncə Kriştiano Ronaldo "Coca Cola" əvəzinə su içməyi məsləhət görmüşdü. Pol Poqba isə "Heineken" şüşəsini mətbuat konfransı zamanı stolun üzərindən yığışdırmışdı.