Avro-2020-nin final matçında İngiltərə millisinə penaltilər seriyasında qalib gələn İtaliya yığması turnirin qalibi olub.

Offsideplus.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçda İngiltərə millisinin futbolçusu Luk Şou Avropa çempionatlarının taxirinə düşüb. Belə ki, matçın başlamasından 1 dəqiqə 57 saniyə sonra fərqlənən futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, turnir tarixinin rekordudur.