Avro-2020-nin final matçında İtaliya millisi ilə qarşılaşacaq İngiltərə yığması ciddi itki ilə üzləşib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, millinin futbolçusu Fil Foden zədələnib. 21 yaşlı yarımmüdafiəçinin millinin son məşqində iştirak etmədiyi bildirilir. Məlumata görə, futbolçunun zədəsi ciddi deyil, lakin onun final matçında iştirak edib-etməyəcəyi məlum deyil.

Millilər arasında həlledici oyun sabah keçiriləcək.