İngiltərə və İtaliya yığmaları arasında baş tutacaq Avropa çempionatı finalına İtaliyadan gələn azarkeşlər məhdud sayda olacaq.

Offsideplus.az xəbər verir ki, Londondakı “Uembli” stadionuna İtaliyadan səyahət edən 1000 nəfər tərəfdar buraxılacaq. Bu barədə Britaniya rəsmiləri UEFA ilə razılığa gəlib. Həmin azarkeşlər karantinə alınmayacaq. 

Hazırkı qaydalara əsasən, İtaliyadan gələn şəxslər 10 günlüyünə karantinə alınmalıdır. 

Qeyd edək ki, İngiltərə - İtaliya matçı iyulun 11-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.