UEFA-nın prezidenti Aleksander Çeferin AVRO-2020 oyunlarında könüllü olan şəxslərə təşəkkür ünvanlayıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sloveniyalı funksioner oyunlara ev sahibliyi edən ölkələrin könüllülərinin işini yüksək dəyərləndirib:
"Turnirin uğurlu alınmasında könüllülərin böyük rolu var. 11 şəhərin hamısında, istər fan-zonalarda, istərsə də stadionlarda işçilərimiz və könüllülərimiz arasında fəxr edə biləcəyimiz birlik və komanda işi ruhunu görürük. Ümid edirəm ki, turnir onların hər birinə bir sıra unudulmaz xatirələr bəxş etdi".
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə və 1/4 final mərhələsinin Çexiya - Danimarka matçına ev sahibliyi edib.