AVRO-2020-nin yarımfinalında Danimarkaya qalib gələn İngiltərə millisi bir ilk yaşayıb.

Offsideplus.az xəbər verir ki, ingilislər tarixlərində ilk dəfə Avropa çempionatının finalına çıxıb. Bundan əlavə, İngiltərə yığması 1966-cı il Dünya Kubokundan bəri ilk dəfə beynəlxalq turnirdə adını finala yazdırıb.

Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından əlavə vaxt təyin olunub. Əlavə vaxtın 104-cü dəqiqəsində penalti zərbəsindən fərqlənən Harri Keynin qolu sayəsində ingilislər qələbə qazanıb.