AVRO-2020-nin yarımfinalı üzrə baş tutan İtaliya - İspaniya matçında maraqlı olay yaşanıb.
Offsideplus.az xəbər verir ki, penaltilər seriyası başlamadan öncə, oyunun hakimi 11 metrlik cərimə zərbəsinin hansı qapıya vurulacağı ilə bağlı püşk atıb.
Püşkatma zamanı Jordi Albanın gərgin, Corcio Kyellininin isə gülüb, əylənməsi diqqət çəkib. Hakimlərlə zarafatlaşan Kyellini, hətta Albanı yüngül vurub. Daha sonra 36 yaşlı italiyalı İspaniya millisinin kapitanını qucaqlayıb.
Həmin görüntüləri təqdim edirik: