Bu gün Avropa çempionatının yarımfinal mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisi Danimarka yığmasını sınağa çəkib.  Londondakı "Uembli" stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Əlavə 30 dəqiqə ərzində 1 qol vuran ingilislər adını finala yazdırıb.

Qeyd edək ki, iyulun 11-i keçiriləcək İtaliya - İngiltərə finalı Bakı vaxtı ilə 23:00-da başlayacaq.