Avro 2020-nin 1/4 final mərhələsinin İtaliya - Belçika matçında (2:1) zədələnən Leonardo Spinazzola əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, axil tendonunun yırtılmasına görə cərrah bıçağı altına uzanan İtaliya millisinin üzvünün əməliyyatı uğurla keçib. 

Spinazzola əməliyyatdan sonra "instaqram" hesabında paylaşım edərək, bu sözləri yazıb: "Əməliyyat uğurla keçdi. Yanımda olan hər kəsə təşəkkür edirəm! Sayınız o qədər çox idi ki... Geridönüş üçün say başladı. Tezliklə görüşərik".

Qeyd edək ki, Avropa nəhənglərinin heyətində görmək istədiyi müdafiəçi üçün Avro-2020 vaxtından əvvəl başa çatıb. Leonardonun azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.