Avropa çempionatının 1/4 final mərhələsi üzrə rəmzi "11-lik" bəlli olub.

Offsideplus.az "WhoScored" portalına istinadən xəbər verir ki, siyahıda İngiltərənin 4 futbolçusu yer alıb: Harri Maquayr, Lük Şou, Ceydon Sanço və Harri Keyn.

Bundan əlavə, rəmzi heyətdə İsveçrə və Danimarkadan iki, İtaliya, Çexiya və Belçikadan isə bir oyunçu var.

Qapıçı: Yann Zommer (İsveçrə)

Müdafiəçilər: Vladimir Tsoufal (Çexiya), Tomas Vermalen (Belçika), Harri Maquayr, Lük Şou (hər ikisi İngiltərə)

Yarımmüdafiəçilər: Ceydon Sanço (İngiltərə), Tomas Dileyni (Danimarka), Cerdan Şakiri (İsveçrə), Lorentso İnsinye (İtaliya)

Hücumçular: Harri Keyn (İngiltərə), Kasper Dolberq (Danimarka)

Qeyd edək ki, AVRO-2020-nin yarımfinal mərhələsində İtaliya millisi sabah İspaniya ilə, İngiltərə yığması isə iyulun 7-si Danimarka ilə üz-üzə gələcək.