Avropa çempionatının yarımfinalı üzrə baş tutacaq İtaliya - İspaniya matçının hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşma almaniyalı hakimlərə tapşırılıb.
Oyununun referisi Felix Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə rusiyalı Sergey Karasev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start gpötürəcək.