Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin son oyunları keçirilib.

 Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib.

Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. İngiltərə millisi 4 cavabsız qolla qalib gəlib.

Beləliklə, bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

3 iyul

1/4 final

23:00. Ukrayna - İngiltərə - 0:4
Qol: Keyn,4 , Makvayer, 46, Keyn, 50, Henderson, 63
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu

20:00. Çexiya - Danimarka - 1:2
Qollar: Dileyni, 5 (0:1), Dolberq, 42 (0:2), Şik, 49 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu