Çexiya yığması Avro-2020-nin 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.

Offsideplus.az xəbər verir ki, millinin axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcəyi gözlənilir.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Daha əvvəl Danimarka seçməsi Azərbaycanın paytaxtına yollanıb.