Çexiya yığmasının futbolçusu Antonin Barak Avro-2020-nin 1/4 final mərhələsində Bakıda Danimarkaya qarşı oynayacaqları matçdan əvvəl açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qarşılaşmanın paytaxtımızda keçirilməsindən gileylənib:
"Çox təəssüf ki, Bakıda oynamalıyıq. Ailəmiz və azarkeşlərimiz bizi tribunalardan dəstəkləyə bilməyəcək. Bunu anlamıram və qəbul edə bilmirəm. Oyuna Kopenhagendə - rəqibimizin meydanında çıxsaydıq, Bakıdakından daha çox dəstəyimiz olardı".
Xatırladaq ki, iyulun 3-də Çexiya və Danimarka milliləri arasında Bakı Olimpiya Stadionunda keçiriləcək görüş 20:00-da başlayacaq.