Avropa çempionatının 1/4 finalı üzrə iyulun 2-də baş tutacaq iki oyunu idarə edəcək hakimlər bəlli olub.

Offsideplus.az xəbər verir ki, saat 20:00-da baş tutacaq İsveçrə – İspaniya matçı Maykl Oliverə tapşırılıb. Ona  Stüart Bret və Saymon Bennett kömək edəcək. Dördüncü hakim funksiyasını rumıniyalı Ovidiu Haçeqan yerinə yetirəcək.

 

Belçika - İtaliya matçını isə Slavko sloveniyalı Vinçiç idarə edəcək. Ona yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcək.  Argentinalı Andres Rapalli isə dördüncü hakim funksiyasınıni yerinə yetirəcək. Matç saat 23:00-da başlayacaq.