Fransa - İsveçrə qarşılaşmasında ikincilər penalti zərbələri hesabına 1/4-ə yüksələn tərəf oldu - 3:3, pen - 4:5.

Həlledici zərbəni qaçıran isə müasir futbolun ən istedadlı adlarından sayılan Kilian Mbappe oldu.

Offsideplus.az xəbər verir ki, "10 nömrə"nin oyun ərzində zəif təsir bağışlaması, üstəlik, penaltini boşa verməsi azarkeşləri özündən çıxarıb. Sosial şəbəkələrdə Mbappeyə haqq qazandıranlar olsa da, "qamçılayanlar"ın sayı da kifayət qədərdir.

Mbappenin üzrxahlıq paylaşımına yazılmış şərhlərdən bir neçəsini təqdim edirik;

Basssforreal: "Heç nə olmaz, başını dik tut!"

Elosendluv: "Biz səni bağışlayırıq, qardaşım. Çünki səni sevirik"

Fan2ludovicmagnin: "Mən isveçrəliyəm, lakin siz fransızlara görə utanıram. Mbappe penaltini qaçırdı, amma unutmayın ki, 3 il öncə dünya çempionluğunu o sizə qazandırmışdı"

Winston4real: "Kim nə deyir, özü bilər. Amma bu cür penalti vurmaq bağışlanmazdır"

Jerem.672: "120 milyon qiymətin var, penalti vura bilmirsən"

Chvms:"Üz cizgilərindən peşman olduğun görünmür. Dəyərin çox şişirdilib"

Mathys.lckcz: "Get .... Bu cür oyundan sonra sənə deyiləcək sözüm yoxdur"

Alex_xgg: "Sən, sadəcə, dəhşətsən. Olan-qalan bacarığını da itirmisən. Səbəbini özündən soruş, cavab tapacaqsan. Klubda bərbad mövsüm keçirdin, yığmada faciəvi çıxışla yadda qaldın. Bütün bunlardan sonra top-futbolçu olduğunu zənn edirsən? Bilirəm, yazılanları oxumursan. Bəlkə də kimsə sənə çatdırar. O cür penalti vuruşu... Və 180 milyon avro?"