Bu gün Avropa çempionatında 1/8 final mərhələsi yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib.

İngiltərə "Uembli"də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Almaniya isə turnirlə vidalaşıb. Bununla da "ölüm qrupu" sayılan F qrupunun pley-offa yüksələn hər üç iştirakçısı - Fransa, Portuqaliya və Almaniya 1/4 finala çıxa bilməyərək yarışda mübarizəni dayandırıb.

Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran Ukrayna növbəti mərhələyə yüksəlib. Komanda 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.