AÇ-2020-nin 1/8 finalında keçiriləcək Fransa - İsveçrə oyunu üçün hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, matçı Argentina Futbol Fderasiyasından Andres Rapallini idarə edəcək. Ona həmyerliləri Xuan Belatti və Dieqo Bonfa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Polşa Futbol Federasiyasından Bartosz Frankovski yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 28-i keçiriləcək Fransa - İsveçrə görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.