Avro-2020-nin 1/8 final mərhələsində iyunun 28-də İsveçrə ilə qarşılaşacaq Fransa milli komandasının daha iki futbolçusu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmanın yarımmüdafiəçiləri Tomas Lemar və Markus Türam zədələnib. Hər iki futbolçu komandanın məşqində zədələnib.
Türam və Lemarın son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Fransa millisində bundan əvvəl Luka Din və Lukas Hernandes zədələnmişdi.