AÇ-2020-nin qrup mərhələsindəki oyunlarda qələbə və heç-heçəyə görə komandaların əldə edəcəyi məbləğ açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qrup mərhələsində çıxış edən seçmələrin hər biri 9,25 milyon avro qazanacaq. UEFA komandalara qələbəyə görə 1,5 milyon avro, heç heçəyə görə isə 750 min avro vəsait ödəyəcək.

Qrup mərhələsinin hər 3 oyununda uduzan Türkiyə millisi isə iştiraka görə 9,25 milyon avro qazanacaq.