Avro-2020-nin F qrupunda dünən Almaniya ilə keçirilən oyun (2:4) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu məğlub olduqları oyunda qol vurmağı bacarıb. O, dünya və Avropa çempionatlarının final mərhələsində vurduğu qol sayını 19-a çatdırıb.

Bununla da Kriştiano Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsus dünya rekordunu təkrarlayıb.