AVRO-2020 üzrə iyunun 14-də İsveçlə oyunda qol şanslarını boşa verən Alvaro Morata tənqidlərə cavab verib.
Offsideplus.az xəbər verir ki, dünən baş tutan mətbuat konfransında 28 yaşlı forvard bu sözləri deyib:
"Bu tənqidləri normal qəbul edirəm. U-17 millisindən bəri belə turnirlərdə oynayıram. Hər kəsin xoşuna gələ bilmərəm. Tənqidlər varsa, hörmət etməli, lakin az dinləməli və əsasən çalışmalısan. Oyundakı epizodlar elə tez baş verir ki, düşünməyə vaxtın qalmır.
Qapıçı çox yaxşı idi. Bilmirəm Polşa ilə oyunda top qapıdan keçəcək ya yox, Amma mən hər zamankı kimi 200%-lik performansımı ortaya qoyacam".
Qeyd edək ki, İspaniya millisi bu gün saat 23:00-da Polşa ilə üzləşəcək.