Avro-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Xorvatiya - Çexiya oyununun (1:1) ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, bu, Xorvatiya millisinin kapitanı Luka Modriçdir.
35 yaşlı yarımmüdafiəçi sözügedən matçda üstün performansı ilə seçilib.