Türkiyə üzərində 2:0 hesablı qələbədən sonra Uels millisinin kapitanı Qaret Beyl oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 2 assistlə yadda qalan 31 yaşlı hücumçu "BBC Sport"a açıqlama verib: 

"Qazandığımız, savaşdığımız üçün qürur duyuram. Düzdür, penaltini düzgün yerinə yetirə bilmədim, amma ardınca əsl xarakter ortaya qoydum. İkinci qol tortun üstünə krem oldu. Azarkeşsiz oynamaq çox çətindir, stadiondakı tərəfdarlar möhtəşəm idi. Əksəriyyətinin türk olduğunu bilirəm, amma uelsli azarkeşlər də əla idi. Həyəcanı yüksəltməyimizə kömək etdilər. Evdən dəstəkləyənlərə də təşəkkür etmək istərdim".