Avro-2020-nin D qrupunda bu gün keçirilən İngiltərə - Xorvatiya oyununda (1:0) arzuolunmaz hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən matçda azarkeşlərdən biri ağır xəsarət alıb.

O, oyunun əvvəlində tribunadan yerə yıxılıb. Başı yerə dəyən şəxs huşunu itirib. O, dərhal xəstəxanaya aparılıb.