İngiltərə AÇ-2020-nin bütün oyunlarına evsahibliyi etmək istəyir.

Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın baş naziri çıxış edib. 

Boris Conson pandemiyanın ortaya çıxardığı müəyyən çətinlikləri göz önünə alaraq bunları deyib: "Təşkilatçılar digər oyunların da İngiltərədə keçirilməsini istəsələr, biz buna hazırıq. Heç bir problemimiz yoxdur".

Qeyd edək ki, AÇ-2020-nin yarımfinal və final görüşlərinin Londonda keçirilməsi nəzərdə tutulub.