İtaliya yığması Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi son oyunlar ərəfəsində daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Roberto Qalyardini sıradan çıxıb. Zədəsi ciddi olan futbolçu yığmanın düşərgəsindən ayrılıb. O da son iki oyunda forma geyinməyəcəklər.

 

Qalyardinidən öncə Moyze Kin və Leonardo Bonucci də zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalmışdı.

İtaliya yığması UEFA Millətlər Liqasında Polşa, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşacaq.