Bu gün AVRO-2020-nin pley-off mərhələsində A, B, C və D yolunda final oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki,  baş tutacaq həlledici qarşılaşmalardan sonra Avropa çempionatına son 4 vəsiqənin sahibi müəyyənləşəcək.

Gürcüstan millisi Tbilisidəki "Dinamo Arena"da Şimali Makedoniya ilə üz-üzə gələcək. A yolunda İslandiya seçməsi Macarıstanın qonağı olacaq. B yolunda Şimali İrlandiya millisi Slovakiya ilə, C yolunda isə Serbiya seçməsi Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qalib gələn komandalar AVRO-2020-nin final mərhələsinə yüksələcəklər.

12 noyabr

AVRO-2020

Pley-off, final

A yolu

23:45. Macarıstan – İslandiya 2:1 (Neqo, 88. Soboslai, 90+2 – Siqurdsson, 11)

B yolu

23:45. Şimali İrlandiya – Slovakiya 1:2 (Şkrinyar, 88-öz qapısına – Kuçka, 17. Duriş, 110)

C yolu

23:45. Serbiya – Şotlandiya 1:1 pen - 4:5 Yoviç, 90 – Kristie, 52)

D yolu

21:00. Gürcüstan - Şimali Makedoniya 0:1 (Pandev, 56)

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.