Slovakiya U21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Fransa yığmalarına qarşı keçirəcəyi oyunun heyətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.
Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”)
Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”), Matuş Voytko (“Zemplin”)
Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”)
Hücumçular: Lyubomir Tupta (“Verona”), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”).
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 8-də Nitrada Slovakiyanın qonağı olacaq. Komandalar qrupda 6 xalla 4-5-ci yerləri bölüşürlər.