21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.

 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç oktyabrın 13-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Xatırladaq ki, qarşılaşma Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək.