UEFA prezidenti Aleksandr Çeferin maraqlı açıqlamaları ilə diqqətləri çəkib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə ertələnən AVRO-2020 oyunların azarkeşlərlə keçiriləcəyini bildirib.
Bununla bağlı əminliklə danışan Çeferin görüşlərin tamaşaçılarla keçiriləcəyi məsələsində 1 milyon dollardan mərcə girə biləcəyini də dilə gətirib:
"AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyinə dair 1 milyon dollardan mərcə girə bilərəm. Hazırda vəziyyəti dərk edirik və bizim də planlarımız var. Əər birinci və ikinci dünya müharibələri futbola mane ola bilmədisə, virus da buna əngəl ola bilməyəcək".
Qeyd edək ki, Avropa çempionatı 2021-ci il iyunun 11-dən iyulun 11-dək baş tutacaq.