Avropa futbolunun rəhbərləri bu gün videokonfransla bir araya gəlib.

Offsideplus.az xəbər verir ki, iclasda UEFA turnirlərinin taleyi bəlli olub. Quruma üzv 55 milli assosiasiya rəsmiləri ilə videokonfransda bu yay keçirilməsi planlaşdırılan Avropa çempionatının ləğvi müzakirə olunub. 

Koronavirus pandemiyası səbəbindən AVRO-2020 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalı idi. Onlar arasında Roma da var. Turnirin açılış matçı İtaliya paytaxtında oynanılmalıdır. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.

UEFA Avropa Liqası və Çempionlar Liqası ilə bağlı da qərar verib. Turnirlər qeyri-müəyyən müddətə kimi dayandırılıb.