Almaniya millisinin baş məşqçisi Yoahim Löv AVRO-2020-nin seçmə mərhələsində yer aldıqları F qrupunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Löv, Fransa və Portuqaliya ilə birgə yer aldıqları qrupu "ölüm qrupu" adlandırıb: “Bu, “ölüm qrupu”dur! Münhendəki oyunlar əsl futbol şənliyi olacaq. Bizdən çox şey gözləyirlər. Qrupun çətin olması xüsusi motivasiya olacaq. Çox çətin qrupa düşmüşük. Almaniya Futbol Federasiyası ya püşkü çəkən Filipp Lamı göndərməli, ya da özü istefa verməlidir”.
F qrupunda digər iştirakçı Millətlər Liqasının oyunlarından sonra bilinəcək.