Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. Millətlər Liqası vasitəsilə turnirə vəsiqə qazanacaq komandalar 4-cü torbada olub.

Püşkatmanın nəticələrini sizə təqdim edirik:

A qrupu: İtaliya, İsveçrə, Türkiyə, Uels

B qrupu: Rusiya, Danimarka, Belçika, Finlandiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Pley-off mərhələsinin qalibi D(A)

D qrupu: İngiltərə, Xorvatiya, Çexiya, Pley-off mərhələsinin qalibi (C)

E qrupu: İspaniya, Polşa, İsveç, Pley-off mərhələsinin qalibi (B)

F qrupu: Almaniya, Fransa, Portuqaliya, Pley-off mərhələsinin qalibi A(D)

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin Bakı da daxil olmaqla 12 şəhərində keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.