Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən universal döyüşün güləş versiyası üzrə dünya çempionatında 17 medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, 35 ölkə təmsilçilərinin qatıldığı yarışda 28 idmançımız mübarizə aparıb.

Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komandalar yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıblar. Yeniyetmələr 1 qızıl, 3 gümüş, 2 bürünc, gənclər 2 qızıl, 1 gümüş, 2 bürünc, böyüklər isə 1 qızıl, 2 gümüş, 3 bürünc medalla vətənə qayıdıblar.