Bolqarıstanın Varna şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilir.

 Offsideplus.az xəbər verir ki, Dünya kubokunda Azərbaycan yığma komandasının üzvü Nazənin Teymurova gimnastika tiri və dayaqlı tullanma üzrə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.