Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandası Bolqarıstanın Varna şəhərinə yola düşüblər.

Offsideplus.az xəbər verir ki, millimizin üzvləri Samirə Qəhrəmanova, Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçiriləcək idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kubokunda iştirak edəcək. Dünya Kuboku 25 mayda start götürəcək 

Qeyd edək ki, turnir 28 mayadək davam edəcək.